Birinci xanımların fotosunda homoseksual yer aldı - DÜNYADA İLK

Lüksemburqun homoseksual baş nazirinin 2015-ci ildə evləndiyi Gauthier Destenay "first lady"ləri yalnız buraxmayıb


Brüsseldə keçirilən NATO zirvə toplantısından sonra üzv ölkələrin liderləri kimi, onların xanımları da birgə foto çəkdirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xanımlarla bərabər fotoda cinsi azlıq nümayəndəsi də yer alıb.

Lüksemburqun homoseksual baş naziri Xavier Bettelin 2015-ci ildə evləndiyi Gauthier Destenay "first lady"ləri yalnız buraxmayıb.

Liderlərin həyat yoldaşlarına Belçika Kral Sarayında kraliça Mathilde tərəfindən ziyafət verilib. Burda da bütün diqqətlər Destenayın üzərində olub.  

Maraqlı məqamlardan biri də Melania Trampla Türkiyə prezidentinin xanımı Əminə Ərdoğanın yanaşı dayanması olub. Bundan başqa, Melanianın Fransanın yeni prezidentinin özündən 24 yaş böyük həyat yoldaşı ilə səmimi söhbətləşməsi də nəzərlərdən qaçmayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR