Bakıda moda sərgisi başladı
Ötən axşam “Mercedes-Benz Fashion Week”in açılışı olub.
APA TV-nin məlumatına görə, dəb həftəsi məşhur gürcü dizayneri Avtandil Çkvitinidzenin kolleksiyasının nümayişi ilə başlayıb.
Avtandil Çkvitinidze Gürcüstan dəb dünyasına yeni nəfəs gətirən simalardandır. Onun hər kolleksiyasında fərqli məna var. Dizayner üçün ilham mənbəyi müxtəlif dövrlər, fərqli mədəniyyətlər və cəmiyyətdə ikona sayılan qadınlardır. O, həm ziyafət, həm də gündəlik geyimlər hazırlayır.
Qeyd etmək yerinə düşər ki, "Mercedes-Benz Fashion Week" hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.
"Mercedes-Benz Fashion Week" Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşir.
Qeyd edək ki, dəb həftəsinin informasiya dəstəyi APA TV, apa.az, lent.az və vesti.az-a məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi