Dolmabaxça sarayına uşaqların girişi qadağan olunur - ATATÜRKÜ UNUTDURMAQ İDDİASI
Türkiyədə Dolmabaxça sarayına uşaq bağçası və ibtidai məktəblərdə təhsil alan azyaşlıların girişi qadağan olunacaq.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, TBMM Başqanlıq Divanı yeni qanun hazırlayıb. Qanunda qadağanın səbəbi kimi uşaqların pilləkənləri çıxa bilməməsi göstərilir.
CHP-dən olan deputatlar Akif Hamzaçebi və Ali Haydar Hakverdi isə "Sizin dərdiniz başqadır, uşaqların Atatürklə bağlarını qopartmaq istəyirsiniz. Məqsəd Atatürkü unutdurmaqdır", - deyərək təklifə qarşı çıxıblar.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1927-1938 illərdə Dolmabaxça sarayında işləyib və yaşayıb. Atatürk 10 noyabr 1938-ci ildə bu sarayda vəfat edib. Hər ilin 10 noyabrı böyük sərkərdənin anım günü münasibətilə Dolmabaxça sarayını yüz minlərlə məktəbli ziyarət edir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi