OPEK-in qərarı qiymətlərə mənfi təsir etdi, neft kəskin ucuzlaşdı
Vyanada OPEK üzvləri və kartelə üzv olmayan neft ölkələrinin toplantısından çıxan qərarlar qiymətlərə mənfi təsir edib.
APA TV-nin məlumatına görə, toplantıda hasilatın azaldılmasına dair mövcud sazişin müddətini gələn ilin martına kimi uzatmaq barədə qərar qəbul olunub.
Lakin azaldılacaq həcm olduğu kimi saxlanılıb, OPEK üzvləri neft hasilatını 1,2 milyon barel, kartelə üzv olmayan ölkələr isə ümumilikdə 558 min barel azaltmalıdır. Bu həcmin 300 min bareli Rusiyanın payına düşür. Toplantıda qəbul olunan qərar yenə də İran, Liviya və Nigeriyaya şamil olunmayacaq. İrana gündəlik hasilatı 3,8 milyon barelədək artırmaq icazəsi verilib.
Vyana görüşündə sürpriz qərarların çıxmaması birjalarda neftin qiymətinə mənfi təsir edib. “Brent” markalı neftin qiyməti 51 dollara enib, Qərbi Texas neftinin qiyməti isə 48,40 dollar olub. Analitiklər neftin gün ərzində 3 dollaradək ucuzlaşmasını psixoloji amillərlə izah edir. Ehtimal olunur ki, bazarda OPEK qərarlarının neqativ təsiri gələn həftənin əvvəllərinə kimi davam edəcək. Proqnozlara əsasən, ABŞ ilin sonuna kimi monetar siyasəti bazarın gözləntilərinin üzərində sərtləşdirməsə, neftin qiyməti 50-55 dollar arasında dəyişəcək.
Bu gün ABŞ-da şist nefti hasil edən buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Artıq bir neçə həftədir ki, ölkədə hasilatla məşğul olan buruqların sayı artmaqdadır, bu gün açıqlanacaq hesabatda da buruqların sayının artacağına dair rəqəmlərin əks olunacağı gözlənilir.
Birjalarda həftənin son seansları bu axşam keçiriləcək. Son ticarət sessiyalarına kimi neftin qiymətinin 50-52 dollar arasında dəyişəcəyi gözlənilir. Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcəklər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi