NATO-nun İŞİD qərarı, Rusiya müzakirələri, Trampdan əl hərəkəti: BRÜSSEL SAMMİTİ BİTDİ
Belçika paytaxtında NATO-nun sammiti yekunlaşıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 28 üzv dövlətin iştirakı ilə baş tutan toplantıda Rusiya ilə münasibətlər, İŞİD-ə və ümumiyyətlə beynəlxalq terrorçuluğa qarşı mübarizə əsas müzakirə mövzusu olub.
Baş katib Yens Stoltenberq sammitin yekunlarına dair açıqlamasında rəhbərlik etdiyi təşkilatın Rusiya ilə qarşıdurmaya can atmadığını bildirib.
"NATO müdafiə ittifaqıdır. Rusiya bizim ən iri qonşumuzdur və bu cür də qalacaq, biz Rusiya ilə daha yaxşı və konstruktiv münasibətlər qurmağa çalışırıq", - deyə Stoltenberq bildirib.
Rusiya əleyhinə sanksiyalarla bağlı məsələ də geniş müzakirə olunub.
Müzakirələrin "Böyük yeddilik" (G7) sammitində də davam etdirilməsi qərara alınıb.
Baş katib vurğulayıb ki, NATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub və bu, o NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcəyi anlamına gəlmir.
Xatırladaq ki, Yens Stoltenberq bundan əvvəl də NATO-nun əməliyyatlarda iştirak etməyəcəyini dəfələrlə bəyan edib.
Bu arada sözügedən sammitdə ABŞ prezidenti kimi ilk dəfə iştirak edən Trampın hərəkətləri yenə qalmaqala səbəb olub. O, ölkəsinin hərbi bloka qoşulmasına yaşıl işıq yandırdığı Çernoqoriyanın baş nazirinə qarşı kobud davranıb. Ondan öndə gedən Duşko Markoviçi itələyib onun yerinə keçən prezident heç nə olmayıbmış kimi ətrafdakılarla söhbətə başlayıb.
Hökumət rəhbəri isə baş verənlərdən sonra bundan incimədiyini deyib.
Qeyd edək ki, NATO toplantısı Brüsseldə etiraz aksiyaları ilə müşayiət olunub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi