Gəncə sakini avtomobilini səkiyə vurdu: xəsarət alan var

Gəncədə avtomobil səkiyə çırpılaraq qəzaya uğrayıb.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı səkiyə çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR