NATO ölkələri İŞİD-ə qarşı hərbi xərcləri artıra bilər

NATO İŞİD-lə mübarizədə daha aktiv yer almağa hazırlaşır və bu məqsədlə terrorla mübarizə üçün məlumatların mübadiləsi mərkəzi quracaq.

 

Brüsseldəki zirvə toplantısının əvvəlində çıxış edən NATO baş katibi Yens Stoltenberq əsas hədəflərin alyansa üzv ölkələrin hərbi xərcləri artırması və terrorla mübarizəni daha da gücləndirməsi istiqamətində olacağını bildirib.

 

"NATO binasında yeni kəşfiyyat mərkəzi quracağıq ki, bunun sayəsində, əcnəbi hərbçilər də daxil olmaqla, kəşfiyyat məlumatlarının paylaşılmasını inkişaf etdirəcəyik. Ayrıca NATO-nun terrorla mübarizə fəaliyyətlərini icra etməsi üçün bir koordinator da təyin edəcəyik", - Stoltenberq belə deyib.

 

ABŞ prezidenti Donald Trampın ilk dəfə qatıldığı zirvə NATO-nun 1,1 milyard avroya başa gələn yeni ümumi mərkəzində baş tutub. Binanın girişində abidə kimi yerləşdirilən Nyu-Yorkdakı əkiz qüllələrin bünövrəsinin parçalarının alyansa dırnaqarası baxan Trampa 11 sentyabr hadisələrindən sonrakı hərbi əməliyyatlarda NATO-nun əhəmiyyətini xatırlatması gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR