Mançester terrorunda saxlanılanların sayı artdı
Mançester terroru ilə əlaqədar nəzarət altına alınanların sayı 7-ə çatıb. Şübhəlilərdən birinin çantasında partlayıcı maddənin olduğu da deyilir.
APA TV "Euronews"a istinadən xəbər verir ki, hazırda polisin nəzarətində 6 kişi və bir qadın var və onların ifadələri alınır. İngilis polisi həmçinin Liviya mənşəli 22 yaşlı kamikadze Salman Ramadan Abedinin beynəlxalq terror təşkilatları ilə bağlılığını araşdırır. Onun evinə baxış zamanı polis xüsusi ustalıqla hazırlanmış partlayıcı qurğu aşkarlayıb.
Artıq Salman Abedinin atası və qardaşları da saxlanılıb. Oğlunun bu əməlini "gözlənilməz" adlandıran Salmanın atası həbs olunmazdan əvvəl jurnalistlərə açıqlamasında onun İŞİD və digər radikal terror qrupları ilə əlaqəsinin olmadığını bildirib.
Bu arada, terrorda istifadə edilən partlayıcı qurğunun şəkillərinin Amerika mətbuatı tərəfindən dərc edilməsi Böyük Britaniya xüsusi xidmət orqanlarının narahatlığına səbəb olub. Məqalədə diqqət həmin partlayıcının yüksək dəqiqliklə hazırlanmasına yönəldilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi