Yunanıstanın keçmiş baş nazirinə bombalı hücum olub
Yunanıstanın sabiq baş naziri Lukas Papadimosun avtomobilinə hücum olub.
APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, avtomobildə baş vermiş partlayış zamanı keçmiş baş nazir və onun sürücüsü xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Hadisə yerində yanğından mühafizə xidməti və polis araşdırmalara başlayıb. İlkin məlumatda deyilir ki, əvvəlcədən quraşdırılmış partlayıcı Papadimosun bir bağlamanı açması zamanı partlayıb. Partlayış nəticəsində zirehli avtomobilin şüşələri sınmayıb, yalnız avtomobil tüstüləməyə başlayıb. Hadisənin digər məqamları dəqiqləşdirilir.
69 yaşlı sabiq baş nazir Lukas Papadimos həmçinin ayrı-ayrı vaxtlarda Yunanıstan Bankının direktoru və Avropa Mərkəzi Bankının vitse-prezidenti vəzifələrində də çalışıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi