Bakıda dəb həftəsi başlayır: DAHA BİR İLK

Bakıda ilk dəfə "Mercedes-Benz fashion Week Baku 2017" dəb həftəsinə start veriləcək.

 

APA TV-nin məlumatına görə, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və başqa ölkələrdən gələn 16 dizayner 2017/2018 il üçün payız-qış kolleksiyalarını təqdim edəcəklər. 

 

"Mercedes-Benz fashion Week Baku 2017" də ilk olaraq, tanınmış gürcü dizayneri Avtandilin kolleksiyası nümayiş olunacaq. Ümumiyyətlə növbəti 3 gündə fərqli dizaynerlərin maraqlı və rəngarəng geyimlərinin təqdim ediləcəyi gözlənilir.    

Layihənin əsas sponsoru "Mercedes-Benz" 2 avtomobil nümayiş etdirəcək. Şirkətin marketing şöbəsinin müdiri Sevinc Abbasova qeyd edib ki, dəb həftəsinin əsas məqsədi dünyada yeni isimlərin axtarışı, eləcə də yerli dəb sektoru üçün stimul verməkdir.

"Mercedes-Benz fashion Week Baku" Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, dəb həftəsinin informasiya dəstəyi APA TV, apa.az, lent.az və vesti.az-a məxsusdur. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR