Keçmiş məhkum 1 kiloqram heroinlə tutuldu

Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.
 

APA TV-nin məlumatına görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin (DYNPİ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində qanunsuz dövriyyədən 1 kiloqramdan artıq narkotik vasitə olan heroin çıxarılıb. Külli miqdarda narkotik vasitəni üzərində gəzdirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmov isə şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.


Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

     

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR