Ölkəyə gətirilən saxta dərmanlar yandırıldı
Rusiya, Ukrayna və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri yandırılaraq məhv edilib.
APA TV-nin məlumatına görə, gömrük orqanlarının fəaliyyət istiqamətlərindən biri də ölkəyə idxal edilən ərzaq məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət etməkdən ibarətdir.
Baş Gömrük İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nümunələr üzərində aparılan analizlərin nəticələri müvafiq tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və Azərbaycan ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatları müəyyən edilərək dövriyyədən çıxarılıb.
Bakı Gömrük İdarəsinin baş inspektoru Rövşən İsmayılov jurnalistlərə açıqlaması zamanı bildirib ki, yandırılan ümumi dərmanların ümumi qiyməti 200 min manat təşkil edib: "Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans Pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma" və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 milyon, 24 min 975,73 rubl, 15 min 339 avro, 92 min 233,60 dollar və 448 türk lirəsi dəyərindəki dərman vasitələri ekoloji poliqonda yandırılaraq məhv edilib".
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi