Prezident Administrasiyasının rəsmisi: "Azərbaycan öz missiyasını uğurla yerinə yetirir"
"Biz bir daha dünyaya sübut etdik ki, Azərbaycan böyük idman tədbirlərini uğurla təşkil edir. İslam ölkələrinin gəncləri münaqişə zonalarında deyil, idman meydanlarında qarşı-qarşıya gəlməlidir". Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin məsul işçisi Bəhruz Həsənov "IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması" mövzusunda keçirilən tədbirdə deyib. O, əlavə edib ki, islam dünyasının qarşılıqlı inteqrasiyaya ehtiyacı var.
"Məhz bu sahələrdə çatışmazlıqlar nəticəsində biz bu gün İslam aləmində qarşıdurmalar, qanlı münaqişələr müşahidə edirik. Azərbaycan İslam dünyasının həmrəyliyinə nail olunması istiqamətində üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir. İslamiadanın açılış və bağlanış mərasimində Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdik. Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin ayrılmaz hissəsidir. Biz milli-mənəvi dəyərlərimiz üzərində müasir dövlət qururuq. Biz dövlətimizin müasir dünyaya inteqrasiyasında, eyni zamanda islam ölkələri ilə əlaqələrinin inkişafında maraqlıyıq".
"İrşad" Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev deyib ki, IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrində geniş işıqlandırıb. İslam aləmində birliyin çətin olduğunu, bir sıra ölkələrdə münaqişələrin yaşandığını söyləyən mərkəzin direktoru Azərbaycanın bu oyunların keçirilməsi ilə İslam həmrəyliyinə böyük töhfə verdiyini vurğulayıb: ""IV İslam Həmrəyliyi Oyunları həm də sübut etdi ki, İslam həmrəyliyi heç kəsə qarşı yönəlməyib, İslam dünyasının inkişafı və tərəqqisi üçündür".
İƏT Ölkələri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov IV İslam Həmrəyliyi Oyunlarının 54 islam ölkəsinin mediasında geniş işıqlandırıldığını nəzərə çatdırıb.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx IV İslam Həmrəyliyi Oyunlarının 100 milyonlarla insan tərəfindən izləndiyini bildirib: "Mərakeş mətbuatında, telekanallarında IV İslam Həmrəyliyi Oyunları geniş işıqlandırılıb. Bu oyunlar Azərbaycanın yeni infrastrukturunu görmək üçün böyük fürsət idi. Azərbaycan həm də bu oyunlarda turizm infrastrukturunu təqdim etdi. Azərbaycanda gözəl hotellər, aeroportlar, gözəl turizm guşələri var. Bu turizm imkanları Azərbaycana gələcəkdə turizm sahəsində inkişaf etməyə imkan verəcək. İdmançılar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının şahidi oldular".
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi