Messi haqqında 21 ay həbs qərarı!

İspaniya Ali Məhkəməsi "Barcelona" klubunun hücumçusu Lionel Messi barədə 21 aylıq həbs cəzası çıxarıb. APA TV-nin BBC-yə istinadən məlumatına görə, futbolçu və atası 4,1 milyon avro vergi borcuna görə ittiham edilirlər.


Amma onlar həbsxanaya göndərilməyəcək, çünki yerli qanunlara görə iqtisadi cinayətlərə görə həbs müddəti iki ildən azdırsa təqsirləndirilənlər tutulmur.

Bu arada "Real Madrid"in portuqaliyalı ulduzu Kriştianu Ronaldo 6 milyon avro məbləğində cərimə oluna bilər. Onun barəsində 4 ay həbs cəzası hökmü çıxarıla biləcəyi də ehtimal edilir. Ronaldo da vergi borcundan yayınmaqda günahlandırılır. O, 2011-2014-cü illərdə 8 milyon avro vergini ödəməyib.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR