Məşhur modaçı Melaniyaya təşəkkür etdi - PALTAR SEÇİMİNƏ GÖRƏ

Məşhur italiyalı geyim dizayneri ABŞ-ın birinci xanımına xüsusi təşəkkür edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Stefano Qabanna Melania Trampın "Dolce&Gabbana"dan gözəl seçim etdiyini deyib.

"First lady" tanınmış brenddən seçdiyi paltarları İtaliya və Vatikana etdiyi səfər zamanı geyinib.

Stefano Qabanna onun fotolarını öz Instaqram səhifəsində paylaşıb.

Modaçı rəqiblərinə kinayəli mesaj da göndərib.

Xatırladaq ki, digər məşhur brendlər öz işlərini Melania Trampa göndərməkdən imtina edib. Onlar bununla onun ərinin siyasətinə etirazlarını bildiriblər.
 


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR