Rusiyada dəhşət: şəhər və kəndlər yanır - ÖLƏNLƏR VAR
Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğınlar nəticəsində 130 ev yanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müxtəlif şəhər və yaşayış məntəqələrində 500-dən çox insan evsiz qalıb, Kansk şəhərində isə 2 nəfər yanaraq ölüb.
Çoxsaylı yanğınlarla əlaqədar regionda fövqəladə vəziyyət rejimi elan edilib.
İrimiqyaslı yanğınlara səbəb yerli sakinlərin odla ehtiyatsız davranması, quru otun yandırılması olub. Güclü külək isə yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.
Krasnoyarsk diyarında evləri yanan vətəndaşların iyunun 15-ə qədər yeni mənzillə təmin olunacaqları qeyd edilib.
Stavropol sakinlərisə daha çox təbiət hadisəsinə ümid edir. Yaxın günlərdə intensiv yağışlar gözlənilir.
İrkutsk əyalətində, Krasnoyarsk və Stavropol diyarında fövqəladə vəziyyət elan edilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi