Baş nazir: “Azərbaycanla Gürcüstan bir-birini həmişə dəstəkləyən strateji tərəfdaşlardır”
Azərbaycanın Gürcüstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. Qəbulda Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, nazirlər, dövlət və hökumət təmsilçiləri, Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkədəki Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov mərasimdə çıxış edərək müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışan baş nazir bildirib ki, Gürcüstan və Azərbaycanın ümumi dəyərləri, ortaq mədəniyyəti var. Azərbaycan və Gürcüstan siyasi və iqtisadi çətinliklərin öhdəsindən layiqincə gələrək inkişaf ediblər:
“İndi biz birlikdə strateji layihələr həyata keçirik. Azərbaycan ilə Gürcüstan artıq bir-birini həmişə dəstəkləyən strateji tərəfdaş ölkələrdir. Biz Asiya və Avropanı, Şərq və Qərbi birləşdirən çox mühüm layihələr həyata keçiririk. Əminəm ki, bu layihələr xalqlarımızın rifah halının daha da yaxşılaşmasına, müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək”.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi