Mançester terrorçusunun atası və iki qardaşı tutuldu

Mançesterdə terror aktı törədən Salman Abedinin atası saxlanılıb. Ramazan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb. Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir. Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.

 

Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb.

 

Mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

 

Yüksək səviyyədə terror təhlükəsinin elan edildiyi paytaxt Londonda təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı əsgərlər İngiltərə parlamentinin önündə polislə birlikdə keşik çəkir. İngiltərənin hökumət binasının da mühafizəsi gücləndirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR