Tovuzda spirtli içki 25 yaşlı gənci komaya saldı

Tovuz sakini içkidən zəhərlənib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Totanov Samir Məhər oğlu alkoqol zəhərlənməsi əlaməti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Şahin Allahverdiyev, həkim: “Xəstə saat 19 radələrində alkoqol koması diaqnozu ilə reanimasiya şöbəsinə daxil olub. Gətiriləndə vəziyyəti olduqca ağır idi. Lazım olan tədbirlər görüldükdən sonra vəziyyəti stabilləşib. Hazırda vəziyyəti kafidir”.

 

Ona tibbi yardım göstərilsə də, 25 yaşlı gənc hələ komadan ayılmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR