Mübariz Qurbanlı: "Məclislərdə falçılıqdan danışmaq, xurafat yaymaq olmaz!"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib.
APA TV-nin məlumatına görə, komitə sədri həmçinin bildirib ki, dövlət Quran kurslarının olmasına etiraz etmir: "Lakin Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz".
M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar: "Quran kursu adı altında heç bir səlahiyyəti olmayan adam gəncləri hansısa radikal qrupa yönəldə bilər. Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir".
Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: "Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır".
Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: "Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa, demək, o, dindar deyil".
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi