3-cü Xəzər Forumunda nələr müzakirə ediləcək?
"3-cü Xəzər Forumunun əsas müzakirə mövzusu Xəzər regionunun əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi olacaq".
APA TV-nin xəbərinə görə, bunu Xəzər Strategiya İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş 4-5 dekabr tarixlərində İstanbulda keçiriləcək beynəlxalq forumla bağlı İnstitutun mərkəzi ofisində bir qrup jurnalistlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, əsas müzakirə mövzulardan biri də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması olacaq. O, bu layihəni Azərbaycan və Türkiyə arasında mühüm əməkdaşlıq vasitəsi və Avropa enerji təhlükəsizliyinin təmin olunmasında atılan ilk addım adlandırıb.
HASEN-in Strategiya və Siyasətməsələləri üzrə koordinatoru Əfqan Niftiyev Azərbaycan prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk olaraq, Türkiyəyə reallaşan səfərinə diqqət çəkərək görüşlər zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin müzakirə edildiyini deyib.
Forumda ipək yolunun bərpası məsələsinin də müzakirə ediləcəyini deyən Əfqan Niftiyev Bakı-Tbilisi Qars- dəmiryol xəttininin tikintisinin başa çatmasından sonra Azərbaycanın da Marmaray layihəsinə qoşulamasının mümkün ola biləcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI