AMEA-ya 16 həqiqi, 25 müxbir üzv seçilib

"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır. Akif Əlizadə qeyd edib ki, bu gün dünyada elm maliyyə axtarır: "Ancaq bizim alimlərimiz Avropa, dünya qrantları üçün müraciət etmir və qrantlardan istifadə etmir. İnstitutların direktorlarından tələb edirəm, qrant məsələsinə xüsusi diqqət yetirilməlidir".

Rəyasət Heyətinin iclasında AMEA-nın yeni seçilən 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim edilib. Akif Əlizadə yeni üzvləri təbrik edib, onlara elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib. AMEA-nın yeni üzvlərindən 14 nəfər universitetlərdən və başqa elmi idarələrdən, qalanları AMEA-nın elmi müəssisələrindən seçilib.

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR