Saxlanılan şəxs: "Yumşaq yerindən vurdum" - SUMQAYITDA KÜTLƏVİ DAVA
Sumqayıtda bıçaqlanma hadisə qeydə alınıb. APA TV-nin məlumatına görə, kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.
Hadisə gecə saat 00:30 radələrində şəhərin "Beton zavodu" adlanan ərazisində qeydə alınıb. Xalası oğlunun evinə qonaq gələn Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalası oğlu söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib. Toydan gələn Qurban Zülfüqarov bir neçə dəqiqədən sonra yenidən onların yaşadığı evə gəlir. Bu dəfə tək yox. Saxlanılan Nurəddin Əliyev iki nəfəri bıçaqladığını etiraf edib: "Hardasa 5-6 nəfər idilər. Biz içəri girmişdik . Gəlib qapını döydülər. Atam, xalam oğlu, hamımız çölə çıxdıq. Xalaoğlunu döydülər. Mən də bıçaq götürdüm. Birinin böyründən, digərinin isə yumşaq yerindən vurdum".
Səsə qonşular çıxıb. Bunu görən şəxslər tez hadisə yerindən uzaqlaşıb. Xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilib: "Həm sayımız az idi, həm də fiziki cəhətdən bizdən güclü idilər. Əvvəl birini, sonra digərini vurdum".
Sumqayıt şəhər Polis İdarəsindən bildirdilər ki, yetirilən bıçaq xəsarətləri daxilə nüfuz etməyib. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi