Vatikanda Tramp-Fransisk görüşü - CƏMİ 20 DƏQİQƏ ÇƏKDİ
Donald Trampın dövlət başçısı kimi ilk səfəri zamanı növbəti ünvan Vatikan olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ prezidenti Roma Papası Fransisklə görüşüb.
Qarşılanma mərasimi Apostol meydanında baş tutub. Trampı həyat yoldaşı Melania və qızı İvanka müşayiət edib.
Bundan Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner, dövlət katibi Reks Tillerson və milli təhlükəsizlik məsələləri üzrə prezidentin müşaviri Gerbert Makmaster də orda olub.
Mərasim 20 dəqiqə çəkib. Görüşün sonunda Papa və prezident qarşılıqlı hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, yanvarda Donald Trampın ABŞ prezidenti seçilməsindən bir neçə gün sonra pontifik yaranan narazılıqlara münasibət bildirmiş və hamıya səbirli olmağı məsləhət görmüşdü. Həmin vaxt Fransisk Trampı xristian adlandırmaqda da çətinlik çəkdiyini söyləmişdi.
Bundan əlavə o, amerikalıların seçimindən narazılıq edən avropalılara müraciət edərək "1930-cu illərdə Hitler hakimiyyəti oğurlamamışdı, hakimiyyəti ona öz xalqı vermişdi" demişdi.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi