Türkiyədən sürpriz addım: RUSİYAYA YENİ SANKSİYALAR

Türkiyə Rusiyadan taxıl idxalına yeni məhdudiyyətlər tətbiq edib. APA TV-nin məlumatına görə, ölkə taxıl idxalı üçün şirkətlərə verilən güzəştli lisenziyanın cəmi 20-25 faizini Rusiya üçün ayırıb. Bu lisenziyalar taxılın xaricdən idxal edilərək ölkədə emal olunmasını nəzərdə tutur. Belə lisenziyalar şirkətlərə taxıl idxal etməklə yanaşı, taxılı emal etdikdən sonra ixrac  etmək imkanı verir. Türkiyə bu lisenziya sistemini daxili bazarı qorumaq üçün tətbiq edib.

 

Xatırladaq ki, Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan etmişdi ki, Türkiyə və Rusiya ticarət məhdudiyyətlərini mərhələli şəkildə qaldırmaq barədə razılıq əldə ediblər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR