Gəncəyə Qızılqaya, Göygöl və Şəmkirçaydan su xətti çəkilir
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.
Yeni sistemin təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov, şəhər ictimaiyyəti iştirak ediblər.
Elmar Vəliyev Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının seçildiyini deyib. O bildirib ki, Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. 3-cü mərhələ 3 ay müddətində yekunlaşdırılacaq və 30-a yaxın küçənin asfalt örtüyü yenilənəcək.
“Azərsu” ASC-nin sədr müavini E. Məmmədov layihənin birinci və ikinci mərhələlərinin artıq başa çatdığını deyib. Sədr müavini qeyd edib ki, bu mərhələ nəticəsində Gəncədə təxminən 80 000 abonent içməli su ilə təmin olunacaq. Bu mərhələ çərçivəsində həcmi 5000 kubmetr olan su anbarının, 195 km içməli su, 144 km kanalizasiya şəbəkəsinin, 41 km kollektorun və 2,3 km mikrotunelin inşası nəzərdə tutulur.
Daha sonra layihənin 4-cü mərhələsinin təməli atılıb.
Layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi