OPEK+ formatında görüş başlayır, neft bahalaşır
Bu gün Vyanada OPEK üzvü ölkələrlə neft istehsalçısı olan qeyri-kartel dövlətlərinin birgə toplantısı başlayır. Toplantı ərəfəsində neftin qiyməti kiçik templərlə bahalaşmağa başlayıb. Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 54,35 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 51,60 dollardan təklif olunur.
Bahalaşmağa ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına dair proqnozlar da təsir göstərib. Amerika Neft İnstitutunun açıqladığı hesabata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1,5 milyon barel, benzin ehtiyatları isə 3,2 milyon barel azalıb. Bu hesabat proqnoz xarakteri daşıyır, ehtiyatların həcminə dair rəsmi rəqəmlər bu gün açıqlanacaq.
OPEK+ formatında başlayan görüşün ilkin nəticələri sabah məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
17:40
634
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
674
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1428
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1117
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1073
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
602