Rəsmi Pxenyan: Raket sınaqları müdafiə xarakterlidir

Şimali Koreya rəsmiləri son dövrlərdə həyata keçirilmiş raket sınaqlarının ölkənin müdafiə edilməsi hüququ baxımından qanuni olduğunu açıqlayıb.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Cenevrədə Tərksilah məsələləri üzrə Birləşmiş Millətlər Konfransında çıxış edən şimali-koreyalı nümayəndə heyəti Pxenyan hökumətinin apardığı sınaqların heç bir beynəlxalq qanuna zidd olmadığını, bölgədəki həyəcanın yalnız ABŞ tərəfindən yaradıldığını bildirib.

Digər tərəfdən ABŞ-la yanaşı, qonşu ölkə Cənubi Koreya və Çin də Şimali Koreyanın raket sınaqlarından çox narahatdır. Çin hökuməti rəsmi Pxenyanı BMT Təhlükəsizlik Şurasının müvafiq qərarına riayət etməyə çağırıb.

Amerika kəşfiyyatının açıqlamasına görə, Şimali Koreya gələcəkdə Sakit Okean vaxitəsilə ABŞ-a çatan nüvə başlıqlı raket hazırlaya biləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR