Venesuelada gərginlik davam edir - İSTEFA TƏLƏBLƏRİ

Venesuelada Nikolas Maduro hakimiyyətinin yürütdüyü siyasətə qarşı gedən etiraz aksiyaları hələ də davam edir. Polis qüvvələri ilə aksiya iştirakçıları arasındakı toqquşmalar nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

APA TV "Reuters"ə istinadən xəbər verir ki, təkcə bu həftənin ilk günündə 7 nəfər dünyasını dəyişib. Onların hamısına da odlu silahdan atəş açılıbmış. Venesuela baş prokurorluğu insanların ölümü hallarının araşdırılması üçün xüsusi prokurorlar təyin edib.

Aprel ayının əvvəlindən başlayan kütləvi etiraz aksiyalarına Milli Assambleyadakı müxalifətçilərin hakimiyyətinin ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı Venesuela Ali Məhkəməsinin verdiyi qərar səbəb olub.

Qərar ləğv edilsə də, müxalifətçi tərəfdarlar küçələrə axışaraq, məhkəmə üzvlərinin istefası və təcili seçimlərin həyata keçirilməsi tələbini irəli sürüb. Hazırda onlar təsis yığıncağının çağırılmasına da etiraz edir və bunu konstitusiya dəyişikliyinə cəhd kimi qiymətləndirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR