Kataloniya hökuməti müstəqillik üçün referenduma hazırlaşır
Kataloniya muxtar vilayəti birtərəfli olaraq İspaniyadan ayrılmağa hazırlaşır. Əgər İspaniya hakimiyyəti buna icazə verməyəcəyi təqdirdə, vilayətin yerli hökuməti müstəqillik üçün referenduma gedəcəklərini bəyan edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Kataloniya lideri Karlos Puçdemont Madrid şəhər merliyindəki çıxışı zamanı bu planlarından əl çəkməyəcəklərini açıqlayıb.
Həmin vaxt isə bina qarşısında sağçı bir qrup vilayətin müstəqilliyinə qarşı aksiya təşkil edib. Polis aksiya iştirakçılarının qarşısını canlı zəncir quraraq alıb.
Kataloniyanın yerli hökumətinin lideri Puçdemont, Madridi referenduma gedən siyasi yolları əngəlləməkdə ittiham edib.
"Kataloniyalılar siyasi gələcəkləri, Kataloniyanın gələcəyi üçün səs vermədiyi müddətcə bizi heç bir şey dayandıra bilməz. İspaniya hökuməti hər şeyə "yox" desə belə, biz bu səsverməni həyata keçirəcəyik", - Karlos Puçdemont belə deyib.
İspaniyanın baş naziri Mariano Raxoy isə Kataloniya rəhbərliyini şantajda günahlandırıb və baş tuta biləcək referendumunun rəsmən tanınmayacağını, qanuni olmayacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi