ABŞ Senatı Maykl Flini "danışdıra" bilmədi
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Maykl Flin, mübahisəli Rusiya məsələsinin istintaqı çərçivəsində çağırıldığı Senatın Kəşfiyyat Komitəsinə ifadə verməyəcəyini açıqlayıb.
Flin, vəkilləri vasitəsilə komitəyə göndərdiyi məktubunda konstitusiyanın 5-ci maddəsindən, yəni "susma haqqı"ndan istifadə edəcəyini bildirib. Amerika KİV-i yazır ki, Maykl Flin konstitusiyanın bu imkanından yararlanmaqla özünə qarşı qaldırıla biləcək ittihamdan qurtulub.
Məlumata görə, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsilə bağlı iddiaları araşdıran Senat Kəşfiyyat Komitəsi sorğu göndərərək, Flindən əlindəki sənədləri təqdim etməsini və sualları cavablandırmasını istəyib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi