Efiopiyalı namizəd ÜST-ün baş direktoru seçildi

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəhbərlik edəcək şəxsin kimliyi müəyyən olunub.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Efiopiyadan olan namizəd Tedros Adanom Qebreyesus təşkilatın yeni baş direktoru seçilib. O, səsvermənin 3-cü turundan sonra qələbə qazanıb.

Seçimlərlə bağlı səsvermə Cenevrədə bağlı qapılar arxasında baş tutub. Ümumdünya Səhiyyə Təşkilatına olan borclarının ödənilməməsinə görə Ukraynaya, Komor Adaları, MAR və Somaliyə bu səsvermədə iştirak etməyə icazə verilməyib. İlk turdan sonra mübarizə Pakistandan olan Sanya Niştar, Böyük Britaniyadan olan Devid Nabarro və Tedros Adanom Qebreyesus arasında davam edib.

Qebreyesus 133 səslə Nabarroya qalib gəlib. 62 ölkənin dəstəyini alan Nabarro cəmi 50 səs toplaya bilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR