Azərbaycanlı Səddam 1 ton xəstə at əti satarkən ələ keçdi
Mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib. APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Onlar Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.
Səddam Muradov törətdiyi əməli etiraf edib: "Qonşu kəndlərdən xəstə atları alıram. Qaynım Kənanla onu satırdım. 1 tona yaxın xəstə əti satarkən polis tərəfindən tutuldum".
Kəsilmiş at cəmdəklərindən götürülən nümunələri laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi