Prezident: "IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan üçün tarixi hadisədir"
Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”.
APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir: “Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr edirik. Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi".
İ. Əliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkə üçün tarixi hadisədir: “Bütün qurumlar yaxşı işlədi, bir ailə, bir komanda kimi eyni amala xidmət etdi. Uğurların təməlində dövlət qurumlarının sıx əlaqədə işləməsi amili dayanır”.
Paytaxtda və bölgələrdə idmanın inkişafı üçün yaradılan şəraitdən danışan dövlət başçısı oyunların yüksək səviyyədə keçirilməsində birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rolunu xüsusi qeyd edib: “Əməliyyat Komitəsi də çox yaxşı işlədi”.
O bildirib ki, oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub. İ. Əliyevin sözlərinə görə, bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir.
Dövlət başçısı qeyd edib ki, müsəlman aləmi birlik nümayiş etdirməlidir: “Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi