Şəhid Hicran Zülfüyevə həsr olunmuş “Cəsur kəşfiyyatçı” filminin təqdimatı olub

Qarabağ savaşında şəhid olan Hicran Zülfüyevin döyüş yoluna həsr olunmuş “Cəsur kəşfiyyatçı” filminin təqdimatı olub.

 

APA TV-nin məlumatına görə, filmin redaktoru Müşfiq Borçalı şəhidin həyatı haqqında qısa məlumat verib. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Müşfiq Borçalı qeyd edib ki, ekran işi Hicran Zülfüyevin şəhid olmasının 25 illiyinə təsadüf edir.

 

Film şəhidin yaxın qohumları və döyüş yoldaşlarının xatirələri əsasında qurulub. “Cəsur kəşfiyyatçı” filminin ssenari müəllifi Günay Novruz, rejissoru İsrafil Xanlarov, redaktoru Müşfiq Borçalıdır.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR