Mançester terrorunda ölənlərin sayı 22 nəfərə çatdı

İngiltərənin Mançester şəhərində ölənlərin sayı 22 nəfərə çatıb. APA TV-nin məlumatına görə, hadisə mayın 23-ə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilib.


Partlayıcı qurğunun işə salınması nəticəsində 59 nəfər yaralanıb.

Hadisəni terrorçu-kamikadzenin həyata keçirdiyi məlum olub.

İŞİD partlayışa görə məsuliyyəti üzərinə götürüb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hadisə nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşı olmadığını deyib.

Bu arada günorta saatlarında Mançesterdə ticarət mərkəzlərindən birində partlayış səsi eşidilib. İnsanlar binanı tərk etməyə başladıqda qarışıqlıq yaranıb. Polis bir nəfəri saxlayıb. Ərazi mühasirəyə alınıb.

Bundan başqa Londonun "Viktoriya" avtovağzalının da boşaldıldığı bildirilir. Ərazidən şübhəli bağlama aşkar edilib.

Britaniyanın hökumət rəhbəri baş verənləri qorxaqlıq adlandırıb və polisin cinayətkarları taparaq cəzalandıracağına əminliyini ifadə edib.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR