Aydın Əliyev: "Rusiya sərhədində məhsulların ixracı ilə bağlı problem yoxdur"

"2017-ci ilin ilk 4 ayı ərzində ötən illə müqayisədə meyvə-tərəvəzin Azərbaycandan ixracı çəki nöqteyi nəzərindən 61 faizdən yuxarı artıb". APA TV-nin məlumatına görə, bu fikirləri DGK sədri Aydın Əliyev deyib.


O qeyd edib ki, məhz buna görə də kənd təsərrüfatı sahəsi üzrə Azərbaycanda böyük irəliləyiş görsənir:

"Rusiya və digər MDB ölkələrinə ixracın artımı müşahidə olunur. Eyni zamanda Rusiya gömrük xidməti ilə və digər xidmətlərlə aparılan danışıqlar və görüşlər nəticəsində keçən il Rusiya ilə iyul ayında saziş imzalanıb, "yaşıl dəhliz"in tətbiqi sayəsində Rusiya sərhədində kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı heç bir problem yoxdur. Heç bir maşın və yük saxlanılmır. İxracda bütün kənd təsərrüfatı malları gömrük rüsumundan azaddır. İdxalla bağlı nə var qüvvədədir. Keçən illə bu ilin müqayisəsində Azərbaycana meyvə-tərəvəz idxalı azalıb. Bununla biz daxili bazarı qoruyuruq".

 

Komitə sədri İsrail vətəndaşı ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara da münasibət bildirib:

 

"Biz hadisənin necə baş verdiyi barədə videogörüntülər əldə etmişik. Videogörüntülərə baxanda aydın olur ki, İsrail vətəndaşı xüsusi düzəldilmiş gizli ciblərdə gömrük bəyannaməsindən pul gizlədib və bunu o özü də etiraf edir. Vətəndaşın fərziyyəsinə görə, guya o bu pulu oğurluq olmasın deyə gizlədib. Amma gömrük zonasını keçən zaman gömrük təhlükəsizlik xidmətinin əməkdaşı onun özünü şübhəli apardığını hiss edərək fərdi baxışa dəvət edib və orda da o pullar aşkar olunub".

Xatırladaq ki, bu gün DGK sədri Salyanda vətəndaşları qəbul edib. Görüşdə Salyan, sakinləri ilə yanaşı Neftçala, Biləsuvar və Cəlilabad  rayonlarından olan vətəndaşlar da iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR