Tramp: "İranın heç vaxt nüvə silahı olmayacaq"
"İranın heç vaxt nüvə silahı olmayacaq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.
Ağ Ev sahibi Tehrana xəbərdarlıq da ünvanlayıb və İran rəsmilərinə Vaşinqtonla ehtiyatlı olmağı məsləhət görüb:
"Biz İrana ağılla gəlməyəcək şans verdik. Söhbət Obama administrasiyası ilə əldə edilən razılaşmadan gedir. Onlar bizə minnətdar olmalıdır".
Tramp bildirib ki, Yaxın Şərqdə baş verən bütün proseslərdə İranın iştirakı var. Bu artıq hərbi müdaxilələrə və silah təchizatına çevrilib.
Xatırladaq ki, İsraildən əvvəl Səudiyyə Ərəbistanına prezident kimi ilk xarici səfərini reallaşdıran Tramp Ər-Riyadda rəsmi Tehranı növbəti dəfə terroru dəstəkləyən ölkə kimi tanıdığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi