Türkiyənin Vaşinqton səfiri: "ABŞ YPG terrorçularını kimə qarşı silahlandırır?"
Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç rəsmi Vaşinqtonu sərt sözlərlə tənqid edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, diplomat ABŞ-ı terror təşkilatları ilə əlaqədə ittiham edib.
O, buna sübut kimi ABŞ-ın PYD/YPG terror təşkilatını silahlandırmasını göstərib:
"Mən anlaya bilmirəm ki, NATO-dakı müttəfiqimiz olan dövlət Suriyadakı bir terror qruplaşmasını digər terror təşkilatının əli ilə necə məhv edəcək? Bölgədə Türkiyə var, başqa alternativ güclər var. Məsələn, Azad Suriya Ordusu. İŞİD-ə qarşı "Fərat qalxanı" əməliyyatını uğurla başa çatdıran bu qüvvələr artıq sınanmış gücdür. Cerablus və Əl-Babın terrorçulardan təmizlənməsini xatırlamağa dəyər", - deyə Kılıç bildirib.
Jurnalistin "Əgər Türkiyə "Ən-Nüsra Cəbhəsi"ni silahlandırsa siz özünüzü Vaşinqtonun yerinə qoyub hansı hissləri keçirərdiniz?" sualına səfir belə cavab verib:
"ABŞ və Türkiyənin əməkdaşlığı seçim mövzusu deyil, bu zərurətdir. Türkiyə bölgədə azsaylı demokratik ölkələrdəndir. Bizdən başqa regionda demokratik dəyərlərə - söz azadlığına, insan haqlarına, demokratik qanunların aliliyinə adaptasiya olan nadir ölkələr var. Bu isə bizi ABŞ-ın bölgədəki digər müttəfiq bildiyi ölkələrdən fərqləndirir".
Kılıç əlavə edib ki, Suriyada İŞİD-ə qarşı mübarizədə Türk Silahlı Qüvvələri 3 mindən çox terrorçunu məhv edib və ölkəsinin qucaq açdığı 60 mindən çox qaçqın artıq evlərinə dönüb.
Xatırladaq ki, bir müddət öncə ABŞ Senatının Silahlı Qüvvələr komitəsinin sədri, senator Con Makkeyn səfir Sərdar Kılıçı ölkədən qovmaqla hədələmişdi.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi