"Fənərbaxça"lı Ozan Tufan həbs edildi

Türkiyədə hüquq-mühafizə orqanları lüks avtomobil qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçiriblər.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Jandarma Komandanlığı tərəfindən bu gün səhər həyata keçirilən əməliyyat zamanı 20 nəfər saxlanılıb.

Saxlanılanlar arasında "Fənərbağça" futbol komandası və Türkiyə milli komandasının oyunçusu Ozan Tufan da var. O. Tufan İstanbul Jandarma Komandanlığının qərargahına aparılıb.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR