Fidan Qasımova 36 kilo arıqladı: YUBİLEY ƏRƏFƏSİNDƏ
Xalq artistləri Fidan və Xuraman Qasımovalar yaradıcılıq gecəsinə hazırlaşırlar.
APA TV-nin məlumatına görə, iyunun 17-də SSRİ xalq artisti Fidan Qasımovanın 70 yaşı tamam olacaq. Bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qasımova bacıları dinləyicilər qarşısında çıxış edəcək: “Qonaqlarımız da olacaq. Demək olmaz ki, kim gələcək. Çünki hələ tezdir. Amma söz veriblər ki, gələcəklər. Çünki bu bizim 40 illik yubileyimizdir”.
Konsertdə yeni əsərlər də ifa olunacaq. Bununla yanaşı, gecədə xalq artistlərinin 40 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş film də nümayiş olunacaq.
Fidan Qasımovanın xarici görkəmində etdiyi dəyişiklik isə aşkardır. Aylar öncə mədəkiçiltmə əməliyyatı etdirib, 36 kiloqram arıqlayan sənətkar bildirib ki, doğum gününə qədər bir qədər də dəyişmək istəyir: “Ümumiyyətlə, dəyişmək istədim. Xasiyyətim dəyişməyib. Eyni Fidan xanımam. İstəyirdim biraz kilomu azaldım və azaltdım”.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi