Melaniya ərinin əlini geri itələdi: Cütlük ayrılır? - PAPARATSİLƏR GÖRÜNTÜLƏDİ
ABŞ prezidenti İsrailə səfər edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Donald Tramp İsrailə Səudiyyə Ərəbistanından gəlib.
İsrail Donald Trampın bölgəyə prezident kimi ilk turnesi çərçivəsində ikinci ünvandır.
Ağ Ev sahibinin birinci getdiyi məkan Qüdsdə Məbəd dağının qərbindəki yəhudilərin müqəddəs saydığı "Kədər Yolu divarı" olub.
Bu ərazi mübahisəli hesab edildiyindən nə Fələstin, nə də İsrail rəsmilərindən heç kim Trampı müşayiət etməyib. Lakin ziyarət İsrailin bütün telekanalları tərəfindən yayımlanıb.
Trampın bu davranışı Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində atılan addım kimi qəbul olunur.
Daha sonra Təl-Əvivə gələn ABŞ prezidenti baş nazir Benyamin Netanyahu ilə bir araya gəlib.
Tərəflər bir-birinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşlərdə nə danışdıqları barədə məlumat veriblər.
Xatırladaq ki, Amerika mətbuatı rus diplomatla görüşdə Trampın qarşı tərəfə İsrail kəşfiyyatı barədə gizli məlumatlar ötürdüyünü iddia edən yazılar dərc edib.
Netanyahunun sualına Tramp bu qəbildən olan yazıların qərəzli xarakter daşıdığını vurğulayıb:
"Dayanın, dayanın... Bilin ki, həmin görüşdə "İsrail" kəlməsindən istifadə belə etməmişəm", - deyə Ağ Ev sahibi bildirib.
Netanyahu ilə görüş bitdikdən sonra Tramp baş nazirin əlini sıxmağı unudub və geri dönmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, Ağ Ev sahibinin İsrailə səfəri paparatsilərin də işinə yarayıb.
Tramp təyyarədən enərkən onun çoxlu fotosu çəkilib. Hətta israilli deputatlardan biri protokol qaydalarını pozaraq ABŞ prezidenti ilə selfie çəkdirib.
Səfər çərçivəsində ən maraqlı məqam isə "first lady" ilə bağlıdır. Təyyarədən enərkən Melania ilə həyat yoldaşı arasında soyuqluq hiss olunub. O, trapdan enərkən ərinin əlini tutmaqdan imtina edib. Onun prezidentin əlini itələməsi açıq-aydın görüntülənib.
"Sarı mətbuat" cütlüyün bu yaxınlarda ayrılacağı barədə məlumatlar dərc etməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi