İsmayıllıda bıçaqlanan 25 yaşlı oğlan ölümdən son dəqiqədə qurtulub
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə mayın 22-də axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb. Basqal qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nağıyev Hacı Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Elçin Əhməd oğlunu bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hacı Nağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi