Şimal bölgəsində meyvə bağlarında xəstəlik yayılıb

Şimal bölgəsində meyvə bağlarında xəstəliklər yayılıb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, bağlarda əsasən dəmgül xəstəliyinə daha çox rast gəlinir. Təsərrüfatçılar deyir ki, buna səbəb son günlər havaların yağıntılı keçməsidir.

 

Təsərrüfatçı Şirin İlyasov dəmgül xəstəliyinin yağıntılı havalarda çox yayıldığını deyib: "4 hektara yaxın bağ sahəm var. May ayında yağıntı çox olur. Bu da o deməkdir ki, xəstəliklər də çox olur. Dəmgül xəstəliyi yağıntılı havalarda çox olur. Ona görə də, yağıntı dayananda sonra mütləq müalicə işləri aparmaq lazımdır. Ən skor tərkibli dərmanlardan istifadə etmək lazımdır".

Xəstəlik təkcə alma bağlarına deyil, digər meyvə ağaclarında və tərəvəz bitkilərində də müşahidə edilir.

 

Mütəxəssis Mədət Qurbanov deyir ki, yağıntılar digər xəstəliklərin də yayılmasını sürətləndirir: "Yağıntılı hava şəraitinin olması alma bağlarında dəmgül xəstəliyinin kütləvi yayılmasına səbəb ola bilər. Bu hava şəraiti çəyirdəkli meyvə bağlarında kvastiskroz xəstəliyinin inkişafına şərait yaradır. Tərəvəz bitkilərində, xüsusən də pomidorda birinci növbədə fitoftora xəstəliyinin yaranmasına səbəb olur. Bu xəstəliklərin qarşısının alınması üçün hər bir fermer hava açılan kimi kimyəvi müdafiə üsuluna başlamalıdır".

Mütəxəssislər bağlarda xəstəliklərin daha çox may ayında inkişaf etdiyini deyir. Vaxtında tədbir görülməzsə xəstəliklərin məhsuldarlığa mənfi təsir göstərəcəyi bildirilir.  

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR