Neft bazarı OPEK-in Vyana sammitindən çıxacaq qərarı gözləyir
OPEK və Səudiyyə Ərəbistanı rəsmilərinin ümidverici açıqlamalarına rəğmən neft bazarının iştirakçıları Vyana sammitinin nəticələrini gözləməyə üstünlük verir. Bu səbəbdən birjalarda neftin qiyməti aylıq maksimumu yenilədikdən sonra bir qədər ucuzlaşıb.
Ticarət sessiyalarında "Brent" markalı neftin 1 bareli 54,26 dollara çatdıqdan sonra 53,66 dollar səviyyəsinə enib. Sutka ərzində Qərbi Texas neftinin bir barelinin maksimum qiyməti 51,33 dollar olub, hazırda isə bu markadan olan neft 50,95 dollardan təklif olunur.
Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair həftəlik qeyri-rəsmi hesabat açıqlanacaq. Amerika Neft İnstitutunun hesabatı proqnoz xarakteri daşıyır və son həftələr Energetika Nazirliyinin açıqladığı hesabatlardan kəskin fərqlənir. Bu səbəbdən treyderlər sabah açıqlanacaq rəsmi hesabatı gözləməyə üstünlük verirlər.
Ümumilikdə ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi artsa belə, bu amil neftin qiymətinə təsir göstərməyəcək. Çünki bazar iştirakçılarının diqqəti tam şəkildə OPEK-in Vyana sammitinə köklənib. Neft analitiklərinin fikrincə, sammitdə hasilatın azaldılması barədə razılaşmanın 9 ay müddətinə uzadılmasına qərar verilsə, neftin qiyməti ilkin mərhələdə, pilləli şəkildə 57 dollaradək bahalaşa bilər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi