Venesueladakı iğtişaşlarda ölənlərin sayı 50-yə çatdı
Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub. Bundan əvvəl 19 yaşlı gənc qvardiyaçıların açdığı atəş nəticəsində həyatını itirib. Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin səlahiyyətlərini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi