Sürücülərə şad xəbər: “Sarı zolaq” qadağası bir neçə saata ləğv olunur
DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətin müddətinin bitməsi ilə bağlı müraciət edib. İdarədən APA TV-yə daxil olan müraciətdə bildirilir ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
BDYPİ sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi