Həsən Ruhani Azərbaycanla bağlı planlarını açıqladı
“Azərbaycanla əlaqələrimizi hökmən strateji səviyyədə davam etdirəcəyik”. Bu sözləri İran prezidenti Həsən Ruhani mayın 22-də keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib.
Qarşıdakı 4 il müddətində Azərbaycanla əlaqələrin inkişafı yönündə hansı planlara malik olduğu barədə sualı cavablandıran H. Ruhani bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən indiyədək əlaqələr yaxşı səviyyədə olub:
“Prezident olduğum dövrdə əlaqələri ən yaxşı səviyyəyə qaldırdıq. Azərbaycan prezidenti ilə dəfələrlə görüşlərimiz oldu. Biz görüşləri ikitərəfli formatdan çıxarıb, üçtərəfli görüşlər də keçirdik. Rusiya prezidenti cənab Vladimir Putinin iştirakı ilə Bakıda üçtərəfli iclasımız oldu. Bu görüşlər inşallah, davam edəcək".
İran prezidenti yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcəyini açıqlayıb. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin inşasına dair olacaq: “İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır. Sonda bildirməliyəm ki, Azərbaycan Respublikası o ölkələrdəndir ki, bizim həmin ölkə ilə əlaqələrimiz yaxşı qurulub və gələcəkdə bu əlaqələr strateji formatda hökmən davam etdiriləcək”.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi