Bakıda mənzildə yanan qardaşlardan biri xəstə, digəri tüfeyli olub - AÇIQLAMA

Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, 11 ünvanında yerləşəm binada güclü yanğın baş verib. APA TV-nin məlumatına görə, binanın 4-cü mərtəbəsindəki mənzildə baş verən yanğında iki qardaş ölüb, iki uşaq isə təxliyə olunub.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, qeyd olunan ünvanda yanğın baş verməsi barədə 101 xidmətinə saat 16.35-də məlumat daxil olub.

 

"Yanğınsöndürmə avtomobilləri 6 dəqiqə sonra hadisə yerinə çatıb və 4-cü mərtəbədə mənzilin tam alov içində olması barədə məlumat verilib. Dərhal çıxış yerinə texnika və şəxsi heyət cəlb olunub, yarım saat sonra yanğın məhdudlaşdırılıb və 15 dəqiqə sonra yanğın tam söndürülüb. Yanğınsöndürmə zamanı 2 azyaşlı  uşaq xilas edilib. Kəşfiyyat nəticəsində məlum olub ki, mənzildə 2 qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşı Çeykullayev Anatoliy Petroviç qalıb. Qonşuların dediyinə görə, onlardan biri xəstə, digəri isə tüfeyli həyata meylli insanlar olub. Mənzildə onların meyitləri aşkarlanıb".

 

Rza Xudiyevin sözlərinə görə, yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı evin yanar konstruksiyaları yanıb və içərisində olan istifadəyə yararsız əşyalar yanıb.

 

"Qonşuların dediklərinə görə, əvvəlcə partlayış baş verib. Partlayış nəticəsində mənzilin pəncərəsi dağılaraq yanğınla nəticələnib. Hazırda hadisə yerində tədqiqatçılar işləyir, yanğının səbəbi araşdırılır"

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR