"APA Holding"in əməkdaşı İslamiadada çəkilən ən yaxşı fotonun müəllifi seçilib
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı çəkilmiş ən yaxşı fotonun müəllifi mükafatlandırılıb. Müsabiqənin qalibi "APA Holding"in əməkdaşı Nicat Əlili olub. Onun çəkdiyi foto ekspert qrupu tərəfindən "oyunların ən yaxşı fotosu" seçilib. Nicat Əliliyə mükafatı "Reuters" agentliyinin keçmiş fotoredaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edib. Onun sözlərinə görə, bu foto digərlərini fərqliliyinə görə üstələyib: "Mən uzun illər müxtəlif xəbər agentlikləri ilə işləmişəm. Bu illər ərzində bir çox müsabiqələrdə hakim ekspert kimi də iştirak etmişəm. Mənim fotolarda axtardığım ən birinci şey fərqlilikdir. Bu fotolar digərlərindən fərqli olmalıdır, yaradıcı gözlə çəkilmiş fotolar olmalıdır. Bu da məhz elə fotolardan biridir. Çox gözəl bir mövqedən çəkilib. Bunu “Reuters” Agentliyi səviyyəsində ən yüksək qiymətə layiq foto kimi qiymətləndirmək mümkündür".
Nicat Əlili bu fotonu IV İslam Həmrəyliyi Oyunlarının açılış günü çəkdiyini deyib: Mən bu şəkli mayın 12-də çəkmişdim. İslam Həmrəyliyi Oyunlarının açılış günü idi. Açılışdan öncə boks yarışını çəkmişdim. O zaman elə bir söhbət yox idi ki, foto müsabiqə ola bilər. Çəkəndə xəbərim yox idi. Xəbərim olandan sonra fikirləşdim ki, bu şəkilimi göndərərəm müsabiqəyə. Çox sevinirəm".
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi